AZ

Sami Uğurlu “Alanyaspor”dan göndərildi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” komandasının baş məşqçisi Sami Uğurlu istefaya göndərilib.

Arena.az bu barədə Alanya klubunun mətbuat xidmətinə istinadən xəbər.

46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub rəhbərliyi türkiyəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Sami Uğurlu “Alanyaspor”a 2024-cü ilin noyabr ayında baş məşqçi təyin edilmişdi. Həmin vaxt onunla 1,5 illik müqavilə imzalanmışdı.

“Alanyaspor” Sami Uğurlunun rəhbərliyi altında bütövlükdə 21 oyuna çıxıb. Alanya təmsilçisi bu görüşlərdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Komandanın son oyunlardakı ardıcıl məğlubiyyətləri klub rəhbərliyinin qərarında həlledici rol oynayıb.

“Alanyaspor” cari mövsümdə Türkiyə Super Liqası çərçivəsində keçirdiyi 27 oyunda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 12 məğlubiyyətlə üzləşib. Komanda hazırda Super Liqanın yarış cədvəlində 31 xalla 14-cü pillədə qərarlaşıb.

Sami Uğurlu daha öncə “Kasımpaşa”ya və “Bandırmaspor”a da rəhbərlik edib.

Seçilən
4
arena.az

1Mənbələr