AZ

Kral cütlüyü Vatikana gedəcək

Kral

Böyük Britaniya kralı və kraliçası bu ilin aprelində Roma papası ilə görüşmək niyyətindədir. Bu barədə Buckingham sarayının nümayəndələri məlumat veriblər.Monarxiyanın mətbuat katibinin sözlərinə görə, İtaliyaya rəsmi səfəri zamanı Karl və Kamilla yalnız Roma və Ravennaya deyil, həm də Vatikanı ziyarət edəcəklər. Onlar şəxsi olaraq papa ilə görüşmək, yaxın zamanlarda ciddi xəstəlik keçirmiş olan onu dəstəkləmək istəyirlər. Həmçinin, cari il bütün Xristianlıq üçün yubiley ili sayılır, çünki İsa Məsihin doğumundan 2025 il keçir.Bu yubiley ənənəvi olaraq hər 25 ildən bir keçirilir. Yubiley Katolik Kilsəsi üçün xüsusi bir ildir. Bu, barış, dua və ortaq zəvvarlıq ili olacaq.

Diqqət Çəkənlər

Bayramların Sultanı - Qədəmin mübarək Novruzum!

Çinin Tayvana mümkün müdaxilə tarixi açıqlanıb

MN: Ordumuzun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Seçilən
13
ulusum.az

1Mənbələr