AZ

"Alanyaspor"da baş məşqçi dəyişikliyi

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

İdman.biz xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.

O, komandaya 16 oyunda rəhbərlik edib. Bu görüşlərdə "Alanyaspor" 6 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb, 7 dəfə uduzub. Son 3 qarşılaşmada məğlub olan alaniyalılar 31 xalla 14-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, artıq "Alanyaspor"a başçılıq edəcək mütəxəssisin də açıqlanıb. Komandaya portuqaliyalı Joao Pereyranın rəhbərlik edəcəyi bildirilib.

İdman.biz

Seçilən
2
idman.biz

1Mənbələr