Misli Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısı bəlli olub.
Offsideplus.az "Transfermarkt"ə istinadən xəbər verir ki, 10 nəfərdən ibarət siyahıda "Qarabağ"ın 8, "Sabah" və "Neftçi"nin isə bir futbolçusu yer alıb.
Kadi Borges 2,5 milyon avro ilə çempionatımızın ən bahalı oyunçusudur. Dəyəri 2 milyon avro ilə ölçülən Leandro Andrade ikincidir.
Siyahını təqdim edirik:
1. Kadi Borqes - 2,5 milyon avro
2. Leandro Andrade - 2 milyon avro
3. Oleksey Kaşuk - 1,8 milyon avro
4. Nəriman Axundzadə - 1,8 milyon avro
5. Mateuş Koxalski - 1,5 milyon avro
6. Yassin Benzia - 1,2 milyon avro
7. Toral Bayramov - 1,2 milyon avro
8. Emmanuel Addai - 1,2 milyon avro
9. Yuri Matias - 1 milyon avro
10. Pavol Şafranko - 1 milyon avro