“Barselona” maliyyə çətinliklərinə baxmayaraq heyətini gücləndirməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, Kataloniya komandası “Liverpul”un iki hücumçusu Məhəmməd Salah və Luis Diazı yaxından izləyir.
“Barselona”nın idman direktoru Deko kolumbiyalı futbolçunun komandaya ideal töhfə verəcəyinə inanaraq Diazı çox bəyəndiyini bildirib.
Ancaq “Foot Mercato”nun məlumatına görə, “Blauqrana” Salahı transfer etmək fikrindədir. Misirli futbolçu “Liverpul”la müqaviləsini gələn yaya qədər yeniləməsə, pulsuz transfer oluna bilər.
“Barselona” hazırda İspaniya Liqasında birinci yerdədir.