AZ

Super Liqa klubunda baş məşqçi istefası reallaşdı

Türkiyənin “Alanyaspor” klubunda baş məşqçi istefası reallaşıb.

Fanat.Az xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.

Məlumatı Super Liqa klubunun mətbuat xidməti yayıb. 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Sami Uğurlu “Alanyaspor”a 2024-cü ilin noyabr ayından rəhbərlik edirdi. Alanya təmsilçisini 21 oyuna çıxaran Sami Uğurlu bu görüşlərdə 9 qələbəyə sevinib, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. 

“Alanyaspor” cari mövsümdə Türkiyə Super Liqası çərçivəsində keçirdiyi 27 oyunda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 12 məğlubiyyətlə üzləşib. Komanda hazırda Super Liqanın yarış cədvəlində 31 xalla 14-cü pillədə qərarlaşıb.

Artıq "Alanyaspor"a başçılıq edəcək mütəxəssisin adı da bəllidir. Komandanı portuqaliyalı Joau Pereyra çalışdıracaq.

Seçilən
2
fanat.az

1Mənbələr