1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri həm Rusiya, həm də Azərbaycan tərəfindən yüksək qiymətləndirilib".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində NEWS.ru-nun sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, görüş proqramı çox zəngin olub.
"Valentina İvanovna Matviyenko Azərbaycan Prezidenti tərəfindən qəbul edilib, Birinci vitse-prezidentlə, Milli Məclisin sədri ilə görüş keçirib, ikitərəfli parlamentlərarası əməkdaşlıq üzrə 22-ci iclasın açılışında iştirak edib. Nəticələr həm Rusiya, həm də Azərbaycan tərəfindən yüksək qiymətləndirilib, - deyə Zaxarova vurğulayıb.