AZ

13 ildən sonra səfirlik yenidən açıldı

Almaniyanın Suriyadakı səfirliyi yenidən açılıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Stefan Şnek bildirib.

Şnek səfirin rəsmi seçilməsinə qədər diplomatik missiyaya rəhbərlik edəcək.

Qeyd edək ki, səfirlik 2012-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda bağlanıb.

“Biz Suriyanın daha yaxşı gələcəyi naminə bütün suriyalılarla sıx əməkdaşlıq etməkdən xoşbəxtik”, - deyə Stefan Şnek sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, respublikadakı səfirliyi rəsmi olaraq Almaniyanın xarici işlər naziri Annalena Baerbok açıb. Bununla belə, səfirlik işçilərinin az olması səbəbindən Beyrutda (Livan) viza və konsulluq məsələləri həll olunmağa davam edəcək.

Seçilən
5
1
modern.az

2Mənbələr