Məlumat verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu dünən səhər saatlarında saxlanılıb.
İBB sədrinin saxlanılmasına görə, Türkiyə daxilində çaxnaşma yaranıb, siyasətçilər arasındakı gərginlik isə parlament tribunasına sıçrayıb. Dünən TBMM-də baş verən gərginliyə daha biri əlavə edilib.
Belə ki, bu gün də Türkiyə Böyük Millət Məclisində AKP və CHP millət vəkilləri bir-birinə hücum edib.
AKP Konya millət vəkili Mehmet Baykanın açıqlamalarına görə AKP və CHP qrupları arasında gərginlik yaradıb vəmllət vəkilləri əlbəyaxa davaya çıxıblar.
Gülayə Mecid
Mənbə: unikal.az