Türkiyədə İstanbul meri Ekrem İmamoğlunun saxlanmasından sonra sosial mediada paylaşımlarına görə həbs edilənlər var.
Onlar xalqı "kin və düşmənçilik" və "cinayətə təhrik" etmək kimi yazılar paylaşmaqda şübhəli bilinirlər.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, 62-si ölkə xaricində olmaqla, ümumilikdə 261 sosial media hesabı müəyyənləşdirilib və 37 nəfər şübhəli şəxs qismində saxlanılıb.
İstanbul Büyükşehir Belediye (İBB) sədri İmamoğlu martın 19-da "terrorçuluq" və "rüşvət" ittihamları ilə saxlanılıb.
Paytaxt Ankara da daxil olmaqla, Türkiyənin bir çox şəhərlərində onun həbsinə etiraz olaraq aksiyalar keçirilir.
Etirazçılar hökuməti cavab verməyə və istefaya, əhalini isə susmamağa dəvət ediblər.
İmamoğlunun saxlanmasından sonra İstanbulda 4 günlük fövqəladə vəziyyətin elan olunduğu bildirilib, hər cür "görüş, nümayiş və mətbuata açıqlamalar"ı qadağan edilib.
Videoya Youtube kanalımızda baxın.