AZ

Mövsümü erkən başa vurdu

Mario Hermosonun son durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Bayer-04”ün futbolçusu üçün mövsüm erkən başa çatıb.

29 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununda sıradan çıxmışdı.

O, döş qəfəsinin sağ nahiyəsindən zədə aldığı üçün ən azı 4 ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Hermoso müqavilə ilə “Roma”ya məxsusdu. O, “Bayer”də icarə əsasında oynayır.

Seçilən
5
football-plus.az

1Mənbələr