AZ

Estoniya biometrik olmayan rus pasportlarının tanınmasını dayandırır

Estoniya biometrik olmayan rus pasportlarının tanınmasını dayandırır

Estoniya martın 31-dən etibarən Rusiya vətəndaşlarının biometrik olmayan pasportlarının tanınmasını dayandıracaq. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Estoniynanın Xarici İşlər Nazirliyi məlumat yayıb."31 mart 2025-ci il tarixindən etibarən Estoniya Respublikası Rusiya Federasiyası tərəfindən verilmiş qeyri-biometrik pasportları tanımayacaq. Estoniyada və ya digər Aİ-yə üzv dövlətdə yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən şəxslər 30 sentyabr 2025-ci il tarixinədək biometrik pasport almaq üçün müraciət etməlidirlər", - deyə qurumdan bildirilib.Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya qeyri-biometrik pasportları müxtəlif təhlükəsizlik riskləri daşıyır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.Qeyd edək ki, bundan əvvəl Çexiya və Danimarka Rusiya biometrik olmayan pasportlarının tanınmasını dayandırıb.

Seçilən
16
1
afn.az

2Mənbələr