Bakı, 21 mart, AZƏRTAC
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, partlayış Hayes rayonunda baş verib. Hadisə yerində bir neçə kilometr uzaqlıqdan görünən güclü yanğın baş verib.
Yerli hakimiyyət güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib. 16 minə yaxın insan işıqsız qalıb.