AZ

Türkiyənin Azərbaycan əsilli deputatı İmamoğlunun həbsinin gizlinlərini açdı: “Proses bura yönləndirilir”

Globalinfo.az iki gün öncə İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) həyata keçirilən əməliyyat çərçivəsində həbs olunanlarla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– İBB-də həyata keçirilən əməliyyat barədə müxalifət cəbhəsi iddia edir ki, İmamoğlunun həbsi hüquqi deyil, siyasi xarakter daşıyır. Şamil bəy, bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

– İlk növbədə şübhəlilərin ittihamlarına baxmaq lazımdır. Aşağıdakı iddialar həbslərin tamamilə qanuni olduğunun göstəricisidir:

“Rüşvətxorluq və Şəhər Uzlaşması Araşdırması”

Şübhəlilər nədə ittiham olunur?

1-Cinayətkar təşkilatın idarəçisi olmaq

2-Cinayətkar təşkilatın üzvü olmaq

3-Hədə-qorxu ilə tələb etmə

4-Rüşvətxorluq

5-Fırıldaqçılıq

6-Şəxsi məlumatların qanunsuz əldə edilməsi

7-Tenderlərin saxtalaşdırılması

IMG

Şamil Ayrım

Bu ittihamlara əsaslanaraq, aşağıdakı dəyərləndirməni verə bilərik:

Türkiyə Respublikası hüquqi dövlətdir və qanunlar hamı üçün məcburi xarakter daşıyır. Siyasi kimliyindən asılı olmayaraq heç kim qanundan üstün deyil. Məhkəmənin başlatdığı istintaqı təhrif etmək, ictimaiyyəti manipulyasiya etmək və prosesi gözdən salmaq xoş niyyət daşımır. Heç bir siyasətçinin cinayət törətmək kimi bir azadlığı yoxdur.

İstintaqın bələdiyyə sədrləri, şura üzvləri, bələdiyyə bürokratları və vasitəçilər tərəfindən törədilən rüşvət və korrupsiya ilə bağlı aparıldığı görünür. Terrorla bağlı araşdırma da aparılır.

Başda ana müxalifət partiyasının rəhbərləri olmaqla bəzi siyasətçilərin məhkəmə prosesini manipulyasiya etmək məqsədilə prezidentimizin ünvanına səsləndirdiyi əsassız ittihamlar məhkəmə sisteminə təzyiq göstərmək, öz siyasi acizliklərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

Ana müxalifət təmsilçiləri ədalətin bərqərar olmasını gözləmək əvəzinə, prosesi siyasiləşdirməyə çalışırlar. Ancaq unutmaq olmaz ki, heç bir siyasi fiqur və ya qrup Türkiyə Cümhuriyyətindən yüksəkdə deyil. Ədalət hər kəsə lazımdır və qanunu siyasi şoulara qurban vermək olmaz.

Biz bundan sonra da qanunun aliliyini müdafiə edəcəyik, məhkəmə prosesini sakit izləyəcəyik və məhkəmə sisteminin fəaliyyətinə kölgə sala biləcək hər hansı təxribata qarşı ayıq-sayıq olacağıq.

– Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı (Aİ) ölkələri demokratiyanın beşiyi sayılan ABŞ tərəfindən “zərbə” aldıqda Türkiyəyə sığındılar. İndi bəzi Avropa ölkələrinin rəsmiləri öz bəyanatlarında Əkrəm İmamoğlunun saxlanılmasını Türkiyəyə qarşı istifadə etməyə başlayıblar. Bununla bağlı mövqeyinizi öyrənmək istərdim.

– Bildiyiniz kimi, Avropa İttifaqı uzun illərdir Türkiyəyə qarşı ikili standartlar tətbiq edir. Trampın prezident seçilməsindən sonra biz Ukraynada baş verənləri birlikdə izləyirik. Aİ-nin kənarda qalması, təşkilatın aparıcı üzv ölkələrinin Türkiyəyə gəlməsi mühüm hadisələrdir. Hər zaman sülh tərəfdarı olan Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki taxıl dəhlizində vasitəçiliyini bütün Avropa ölkələrinin yaxından izlədiyini bilirik. İllərdir Türkiyəni Aİ-yə qəbul etməyən bu ölkələr Türkiyənin gücünü indi dərk ediblər. Türkiyə hər zaman bütün ölkələrlə yaxşı əlaqələr qurmağa çalışır.

Seçilən
4
1
turkustan.az

2Mənbələr