İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barəsində korrupsiya və terror istintaqına etiraz olaraq Saraçhanedə keçirilən icazəsiz nümayişlərdə yaralanan polislərin sayı artıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Onun sözlərinə görə, nümayiş zamanı aksiyaçıların polislərə hücum etməsi nəticəsində 16 polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, daha əvvəl aksiyalarda 6 polisin yaralandığı bildirilirdi.