AZ

Pusinin ayağı düşərli olmadı: üç məğlubiyyət, 15 dəqiqə...

Fevralın 19-da “Fakel”ə keçən Belaydi Pusinin ayağı Voronej klubu üçün düşərli olmayıb.

“Fakel” həmin vaxtdan bəri keçirdiyi üç çempionat oyununun hamısında uduzub – “Ximki”yə 0:1, “Zenit”ə 0:2, “Orenburq”a 0:1.

“Football-plus.az” xəbər verir ki, 27 yaşlı albaniyalı hücumçu bu oyunların yalnız birincisində, onda da 15 dəqiqə şans qazanıb. “Şamaxı”nın heyətində yetərincə yaxşı oyun göstərən 27 yaşlı albaniyalı hücumçu Voronejdə baş məşqçi Dmitri Pyatibratovun etimadını qazana bilmir.

Belə getsə, yayda onu yenidən Azərbaycanda görsək, təəccüblənmərik.

ORXAN

Seçilən
80
football-plus.az

1Mənbələr