AZ

Hakan Çalhanoğludan Arda Gülərə məsləhət – “İnter”ə, gəl”

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyə millisindəki komanda yoldaşı Arda Gülər İtaliya klubunda görmək istəyir.

Msport.az xəbər verir ki, təcrübəli futbolçu “Real Madrid”də ehtiyatda qalan oyunçunun daha çox oynamağa layiq olduğunu bildirib:

“Arda milli komanda üçün çox vacib oyunçudur. Çox sevdiyim qardaşlarımdan biridir, bunu hamı bilir. Təbii ki, onun “İnter”ə gəlib oynamasını istəyirəm. Sonda hər kəsə keyfiyyətli futbolçu lazımdır. Amma onun Madriddə işlərinin necə getdiyini bilmirəm və qarışmaq istəmirəm. Özü hər şeyi bilir.

Ardaya daha çox oyun praktikası almağı məsləhət görürəm. Çünki o buna layiqdir. Ümid edirəm ki, “İnter”ə keçəcək”.

Qeyd edək kiŞ, Arda Gülər bu mövsüm “Real Madrid”də ​bütün turnirlərdə 30 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, əksər oyunlarda meydana ikinci hissədə daxil olub.

Seçilən
8
msport.az

1Mənbələr