Yeni Zelandiya yığması DÇ-2026-nın beşinci iştirakçısı olub.
Publika.az xəbər verir ki, Yeni Zelandiya seçmə mərhələnin finalında Yeni Kaledoniya üzərində qələbə qazanaraq (3:0) turnirin final hissəsinə vəsiqə əldə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin adi formatı dəyişdiriləcək: milli komandalar dörd komandadan ibarət 12 qrupa bölünəcək və burada hər komanda qrup mərhələsində üç oyun keçirəcək. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksələcək.