AZ

Deşam: “Xorvatiya millisi üçün sərfəli vəziyyətdəyik”

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 1/4 finalının Xorvatiya ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən, fransız mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Məzmunu nəzərə alaraq, güc-qüvvətimiz olacaq, elə, həvəsimiz də. Evdə oynayacağıq, çoxsaylı tərəfdarlarımız önündə. Bizə, müdafiədə səmərəli və keçilməz fəaliyyət göstərmək gərək olacaq, çünki biz Xorvatiya yığması üçün sərfəli bir vəziyyətdəyik. Biz bu məqamı 2013-cü ildəki oyunlarla (Ukrayna yığması ilə DÇ-2014-ün ələmə mərhələsi oyunları: səfərdə 0:2; evdə 3:0 – redaktorun qeydi) müqayisə edə bilmərik. Elə, rəqib üçün də bu, mütləq surətdə nəsə demək deyil, amma biz ortaya nəyin qoyulduğunu bilirik.

Birinci oyunda bizim, topa zərbələrdən tutmuş, hər şeydən daha çox texniki dəqiqliyimiz çatışmırdı. Amma bax, oyuna kim və necə başlayacaq, bilirsiniz, mən deyə bilmərəm. Bəli, dəyişikliklər olacaq. Amma hər şeyi dəyişmək – yox, hətta mənə bunu etmək gərək olsaydı belə. Oynamış və oynamamış oyunçuların vəziyyətinini necə olduğuna baxmaq gərəkdir…” deyə Deşam bildirib.

Fransa – Xorvatiya oyunu bu gün, martın 23-də Sen-Denidə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Xatırladaq ki, komandalar arasında Splitdə keçirilmiş ilk oyun Xorvatiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
37
arena.az

1Mənbələr