Türkiyə DİN aksiyalarda 123 polisin yaralandığını bildirib
Türkiyədə keçirilən qanunsuz aksiyalarda 1.133 nəfər saxlanıldı, 123 polis yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya "X"də paylaşım edib.
Nazir bildirib ko, 19-23 mart 2025-ci il tarixləri arasında ölkədə keçirilən qanunsuz aksiyalarda 1.133 nəfər şübhəli saxlanılıb, onlardan bəzilərinin 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi müəyyən edilib.
Nazir vurğulayıb ki, Aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlarda turşu (asit), daş, dəyənək, fişəng, molotof kokteyli, baltalar və bıçaqlar ələ keçirilib.