AZ

Arda Gülərin jestinə belə cavab verdi: 1088

Macarıstan millisi Millətlər Liqasının cavab oyununda Türkiyə yığmasına uduzub (0:3, ümumi hesab – 1:6).

Publika.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Arda Gülər matçın 39-cu dəqiqəsində fərqlənib.

Bundan sonra Arda Güler şəhadət barmağını Dominik Soboslainin qarşısında dodaqlarına apararaq, ona susması lazım olduğunu bildirib.

Matçdan sonra "Liverpul"un yarımmüdafiəçisi sosial şəbəkədəki paylaşımında "1088" yazıb. O, bununla Gülərin bu mövsüm “Real”dakı oyun dəqiqəsinə işarə edib.

Seçilən
31
publika.az

1Mənbələr