AZ

Boşanma ilə bağlı BİLMƏDİKLƏRİMİZ: Bu halda məhkəmə 3 ay vaxt verir…

Son illər sosial məsələlər üzrə aparılan təhlillərə əsasən artan boşanma halları arasında əsas səbəb xəyanətdir. Belə ki, əksər cütlüklər xəyanət nəticəsində münasibətlərini bitirmək qərarına gəlirlər.

Boşanma ilə bağlı müzakirələrin cəmiyyətdə aktivləşməsini nəzərə alaraq mövzu haqda hüquqşünas Anar Qasımlının KONKRET.az-a müsahibəsini oxuculara təqdim edirik:

Vəkil

-Anar bəy, əgər bir tərəf razı deyilsə, ancaq digər tərəf boşanmada qəti qərarlıdırsa, o zaman qanun nə deyir?

-Bu halda məhkəmə barışmaları üçün 3 ay vaxt verir. Bu 3 ay ərzində barışıq olmasa, artıq məhkəmə boşamağa məcburdur.

-Xəyanət boşanmaq üçün əsasdırmı?

-Bizdə qanunvericilikdə konkret əsaslar göstərilməyib. Sadecə boşanmaq istəməkləri kifayətdir. Onlardan biri də xəyanətdir. Əsaslardan biri sayıla bilər.

-Xəyanətə görə boşanma prinsipi necə gedir?

-Azərbaycanda fərqlənmir.

-Boşanma zamanı əmlak bölgüsü necə aparılır?

-Ər və yoldaşının birgə nikah dövründə əldə etdikləri əmlak bir qayda olaraq onların arasında bərabər bölünür. Nikah dövründə vərəsəliklə, bağışlanma yolu ilə alınan əmlaklar isə bölünmür. Bəzi müstəsna hallarda məhkəmə uşaqların mənafeyini nəzərə alaraq, qadın və kişinin payını daha artıq bəyan edə bilər.

-Xəyanətə görə boşanma zamanı aliment verilirmi?

-Aliment hər bir halda verilir.

-Boşanma zamanı psixoloji dəstək almaq lazımdırmı?

-Rəsmi çərçivədə belə hal yoxdur. İnsanlar psixoloji dəstək üçün müraciət edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr