Bakı. Trend:
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatınınvə ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri,yüksəkrütbəli zabitlər hərbi hissələrin dislokasiya olunduğumüvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri iləbirgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azadedilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdəhərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluqdan Trend-ə bildirilib ki, görüş iştirakçıları xalqı vədövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli Lideri HeydərƏliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmişşəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib,qazilərə şəfa diləyiblər. Ardınca Dövlət Himni səsləndirilib.
Bundan sonra, Baş prokuror Kamran Əliyevin və Hərbi prokurorXanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətəçatdırılıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrüntələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezidentİlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrəqazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxilolmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanınəzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz vəsöz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindənbəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyətinində mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda, Vətənmüharibəsində əldə olunan möhtəşəm qələbə və lokal xarakterliantiterror tədbirləri, o cümlədən xalqın müdrikliyi və hərbçilərinşücaəti xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaztəəssüratları xatırlanıb.
Ardınca "Konstitusiya və Suverenlik ili" çərçivəsində hüquqimaarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçularınsualları cavablandırılıb, onların qayğı və problemləridinlənilib.
Sonda hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşənvəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isəqiymətli hədiyyələr təqdim olunub.