Okeaniyada DÇ-2026-nın seçmə mərhələsinin final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Yeni Zelandiya Yeni Kaledoniyanı 3:0 hesabı ilə məğlub edərək mundiala vəsiqəni təmin edib.
Yeni zelandiyalılar seçmə turnirdən DÇ-2026-ya vəsiqə qazanan ikinci komanda olub. Daha əvvəl bunu Yaponiya reallaşdırıb.
Qeyd edək ki, bu, Yeni Zelandiya yığmasının tarixində üçüncü dünya çempionatı olacaq. O, əvvəllər 1982 və 2010-cu illərdə mundialda çıxış edib.
Dünya çempionatında ABŞ, Kanada və Meksika da iştirak edəcək, lakin onlar ev sahibi ölkə kimi yarışa vəsiqə qazanıblar.