Məlum olduğu Türkiyə Macarıstanı evdə 3:1, səfərdə 3:0 məğlub edərək tarixində ilk dəfə Millətlər Liqasının A Liqasında oynamağa haqq qazandı.
''Football-plus.az'' xəbər verir ki, Budapeştdə keçirilən cavab oyununa Arda Gülər ilə macarların kapitanı Dominik Soboslai arasındakı münaqişə damğa vurdu. Bu ikili ilk yarıda bir neçə epizodda üz-üzə gəldi. ''Real''ın üzvü ''Liverpul''un üzvünün cavabını çox yaddaqalan şəkildə verdi. Arda komandasının ikinci qolunu vurduqdan sonra Soboslainin yanından keçərkən barmağını ağzına qoyaraq ona ''sus'' işarəsini göstərdi!
20 yaşlı futbolçunun bu addımı oyundan sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri oldu. Arda oyundan sonra verdiyi açıqlama ilə də diqqət çəkərək ''macarlar ilk 15-20 dəqiqədə kobudluqlarla bizi qorxutmağa çalışdı. Amma Türkiyə forması geyən heç bir futbolçu belə şeylərdən qorxmaz'' ifadelerini işlətdi. Maraqlıdı ki, onların bu rəqabəti oyundan sonra da davam etdi. Matç bitdikdən sonra Macarıstanın ''Nemzeti Sport Online'' adlı ''instaqram'' səhifəsi Ardanın Soboslaiyə etdiyi hərəkətin şəklini paylaşdı.
Öz yığmasının liderlərindən olan 24 yaşlı Soboslai isə həmin paylaşımın şərh hissəsində ''1088'' rəqəmini yazdı. İlk öncə bunun nə məna verdiyi anlaşılmadı. Amma sonradan məlum oldu ki, Soboslai Ardanın ''Real''da az oynamasını gözə soxmağa çalışıb. Belə ki, Gülər bu mövsüm ''kral klubu''nda yalnız 1088 dəqiqə forma geyib. Soboslainin bu şərhinə 25 mindən çox ''layk'' gəlib və 6 mindən çox şərh yazılıb.
Arda Gülər bu mövsüm ''Real''da 31 rəsmi oyunda iştirak edərək bunların 10-da start heyətində oynayıb. O, şans qazandığı 1088 dəqiqə ərzində aktivinə 3 qol, 5 məhsuldar ötürmə yazıb. Müqayisə üçün bildirək ki, Soboslai bu mövsüm ''Liverpul''da iştirak etdiyi 40 rəsmi oyunun 33-də start heyətində meydana çıxıb. O, ümumilikdə 2887 dəqiqə meydanda olub və aktivinə 7 qol, 6 məhsuldar ötürmə yazıb.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta