AZ

"Azdizayn Group" işçi axtarır - MAAŞ 400 MANAT - VAKANSİYA

Azdizayn Group

Mağaza meneceri

Son tarix 23 apr 2025 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro);
  • İdarəetmə bacarığı;
  • Araşdırma bacarığı;
  • Ünsiyyətcillik;
  • Təqdimetmə bacarığı;

İş haqqında məlumat:

  • Mağazada gündəlik işin təşkil edilməsi
  • Müştərilərin qarşılanması, məlumatlandırılması, yola salınması
  • Mağaza daxilində məhsullara barkodların vurulması
  • Müştərilərlə əlaqələrin qurulması
  • Sifarişin Fora və Micro proqramlarına daxil edilməsi
  • Qaimənin hazırlanması və müştəriyə təqdim edilməsi
  • Müştəri xüsusi endirim istəyərsə bu barədə satış şöbəsinin müdirinin məlumatlandırılması və qiymətin razılaşdırılması
  • Sifarişlər barədə anbara məlumatın verilməsi
  • Sifariş müştəriyə çatana qədər prosesin izlənməzi və müştərinin məlumatlandırılması
  • Geriqayıdan məhsul olduqda müştərinin anbara yönləndirilməsi
  • Kassanın gündəlik olaraq təhvil verilməsi 
  • Təchizat şöbəsi tərəfindən gələn məhsullar barədə məlumatın alınması və onun əsasında sifarişin anbara verilməsi
  • Gələn  məhsulların sayımının həyata keçirilməsi və qaimə əsasında qəbul olunması, yerləşdirilməsi
  • Məhsulların üzərinə qiymət və endirim kağızlarının yerləşdirilməsi və yenilənməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı  (500 AZN + satışdan bonus )

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza meneceri” başlığı ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Seçilən
54
fed.az

1Mənbələr