"Real" yayda heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" İspaniya millisində debüt edən Din Heysenin çıxışını çox bəyənib. 19 yaşlı futbolçunun performansı Madrid klubunu razı salıb. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Heysen hazırda "Bornmut"da çıxış edir. O, cari mövsümdə 27 oyunda 2 qol vurmağı bacarıb.

Transfermarkt portalına görə onun bazar dəyəri 42 milyon avrodur.