Yeni Zelandiyanın Cənub adasında 6,7 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri təxminən 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində tələfat və ya əmlak itkisi qeydə alınmayıb, həmçinin sunami xəbərdarlığı edilməyib. Bununla belə, Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi dənizdə güclü axınların ola biləcəyini bildirib və vətəndaşlara çimərliklərdən və dənizdən uzaq durmağı tövsiyə edib.
Aytac Şahin
Telegram kanalımız