1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasında uğursuzluğa düçar olan və dərin maliyyə böhranı yaşayan "Mançester Yunayted"i 2024/25 mövsümünün sonunda tərk edəcək futbolçuların adları açıqlanıb.
Oxu.Az "Manchester Evening News" nəşrinə istinadən xəbər verir ki, komandadan ən azı 10 oyunçunun kənarlaşdırılacağı gözlənilir.
Belə ki, komanda müqaviləsi başa çatacaq Tom Hiton, Conni Evans, Viktor Lindelöf və Kristian Eriksenlə yolları ayıracaq.
İcarə əsasında digər klublarda çıxış edən Markus Raşford, Entoni və Ceydon Sanço isə mövsümün sonunda satışa çıxarılacaqlar.
Digər tərəfdən, Lyuk Şou və Kazemiroya gələcək təkliflər dəyərləndiriləcək və futbolçularla yollar ayrılacaq.
Altın Bayındır əsas heyət qolkiperi Andre Onananı əvəz edə bilmədiyi üçün klubdan ayrılmaq istəsə, keçidinə icazə veriləcək.
Bundan başqa, Tirell Malasia PSV-dən icarədən qayıtmaya bilər. Əgər Eyndhoven klubu onu transfer etmək istəsə, "Mançester Yunayted" buna qarşı çıxmayacaq.
"Qırmızı şeytanlar" Meyson Maunt, Kobbi Maynu, Alexandro Qarnaço, Rasmus Haylund və Coşua Zirkzeenin gələcəyi ilə bağlı isə qəti qərara gələ bilməyiblər.