AZ

Torreyra Argentina klubuna doğru

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra komandasından ayrıla bilər.

Apasport.az xəbər verir ki, Torreyra Argentina klubuna keçmək istəyir. 

Argentina təmsilçilərindən "Boka Xuniors" 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

Torreyra "Boka Xuniors"la bu il ilk dəfə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında çıxış etmək istəyir. 

Yay transfer dönəmində futbolçunun transferinin tamamlanacağı gözlənilir.

Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədərdir. "Sarı-qırmızılı" forma ilə bu mövsüm 38 matçda forma geyinən Torreyra 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Tonali İspaniya yolunda

İnzaqi ən yaxşı seçildi

Flik ən yaxşı adına layiq görüldü

Soboslainin Ardaya cavabı gecikmədi - FOTO

İtaliya nəhəngindən “Siti”yə

Seçilən
29
apasport.az

1Mənbələr