AZ

Ankara Valiliyi açıqladı: Qadağanın müddəti uzadıldı!

Ankarada nümayişlərə qoyulan qadağanın vaxtı uzadılıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ankara Valiliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 1-i, çərşənbə axşamı saat 23:59-a qədər qapalı və açıq havada toplantılar, nümayiş yürüşləri, mətbuata açıqlamalar, çadırların qurulması, stendlərin açılması, oturaq etiraz aksiyaları, imzatoplama kampaniyaları və bu kimi aksiya və tədbirlər, o cümlədən vərəqələrin yayılması və pankartların asılması qadağandır.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq Türkiyənin bir neçə şəhərlərində qanunsuz aksiyalar keçirilir.

Seçilən
34
axar.az

1Mənbələr