AZ

"Türkiyə Mərkəzi Bankı faiz endirimlərini yavaşlatacaq"

Bloomberg Economics-in (BE) məlumatına görə, Ekrem İmamoğlunun həbsinə qədər və ondan sonra maliyyə bazarlarında baş verən hadisələr Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endirimi prosesini yavaşlatacaq.

Marja xəbər verir ki, Bloomberg Economics, TCMB-nin etimadı artırmaq üçün əlavə addımlar ata biləcəyini proqnozlaşdırıb.

Hazırda TCMB-nin əsas faizi 42,50 faiz səviyyəsindədir. 

Qeyd edilib ki, kommersiya banklarını lirə depozitləri üzrə daha yüksək faizlər təklif etmələri üçün makroprudensial qaydalardan istifadə ediləcəkdir. 

TCMB-nin martın 19-da bazarlara 11,2 milyard dollar satdığını hesablayan Bloomberg Economics-ə görə, bu məbləğ mart ayının ortalarında 58 milyard dollardan bir qədər az olan svoplar istisna olmaqla xalis ehtiyatların təxminən beşdə birinə bərabər gəlir. Türk lirəsindəki qarışıqlıq nəticəsində Bloomberg Economics il sonu inflyasiya proqnozunu 25 faizdən 28 faizə qaldırıb.

Seçilən
35
marja.az

1Mənbələr