AZ

Fitrə və zəkat necə çıxarılmalı və kimlərə verilməlidir? – İlahiyyatçıdan VACİB AÇIQLAMA

“Fitrə-zəkat imkanı çatan müsəlmanın Ramazanın sonuncu günü orucu açdıqdan sonra növbəti bayram namazınadək olan müddət ərzində verdiyi sədəqə hesab olunur. Bu müddət ərzində fitrə-zəkatını verə bilməmək ehtimalı varsa, yaxud uzaq məsafədə yaşayan kimlərəsə zəkat vermək niyyət etmişiksə, o zaman bayramdan bir neçə gün əvvəl bunu yerinə yetirə bilərik.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Elvüsal Məmmədov səsləndirib.

Hökumət

“Fitrə və zəkata buğda, kişmiş, xurma, yağsız pendir verilə bilər. Eyni zamanda bu məhsulların sayını da artırmaq mümkündür. Belə məhsulları pulla da əvəzələyə bilərik. Fitrə və zəkatın verilməsindəki əsas məqsədlərdən biri imkansızları, yoxsulları bayram sevincinə ortaq etməkdir. Onları sevindirmək, sosial bütövləşməni təmin etməkdir. Elə etmək lazımdır ki, yoxsul da bayram keçirə bilsin.“

İlahiyyatçı qeyd edir ki, indiki dövrdə fitrə zəkatını pulla çıxarmaq daha münasibdir.

“Peyğəmbərin (s.ə.s) dövründə qidalanma pulla deyil, tədavüldə olan, asanlıqla əldə edilən məhsullarla təmin olunurdu. İnsanların daha tez qidalanmaları üçün pula deyil, hazır məhsula ehtiyacı vardı. Bir sözlə ehtiyacı ödəmək qidalarla, yeməklərlə, pulla da mümkündür. Hazırda biz bazarda 2-6 kq buğdanın, düyünün, xurmanın, kişmişin dəyərini nəzərə alıb ortalama qiymət çıxarsaq, fitrə zəkatın 10-15 manat arasında dəyişdiyini deyə bilərik.“

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
79
konkret.az

1Mənbələr