AZ

SON DƏQİQƏ! Olaf Şolz istefa verir

Olaf Şolzun rəhbərlik etdiyi Almaniya hökuməti rəsmən istefa verib.

Bizim.Media “Süddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer martın 25-də yeni Bundestaqın ilk iclasından əvvəl baş nazirə və nazirlərə mandatlarının başa çatması barədə məlumat verib.

Hazırda Nazirlər Kabinetinin yeni tərkibi hələ formalaşmayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, əvvəlki kabinet yeni hökumət formalaşana qədər fəaliyyət göstərəcək.

XDİ-yə rəhbərlik edən və kanslerliyə namizəd olan Fridrix Merz aprelin 20-dək yeni komandanı təqdim etməyi planlaşdırır.

Seçkilərdə qalib gələn Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) və Sosial Demokratlar Partiyası (SPD) tərəfindən yeni hökumətin qurulması ilə bağlı aparılan koalisiya danışıqlarının birinci mərhələsi bir gün əvvəl başa çatıb. Kansler postuna namizədliyini irəli sürən XDİ lideri Fridrix Merz yeni kabinetin tərkibini aprelin 20-dək təqdim edəcəyinə söz verib.

Almaniya Federativ Respublikasının Əsas Qanununa uyğun olaraq, əvvəlki hökumət yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini həyata keçirməyə davam edəcək.

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr