Ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra dərslər sabah bərpa olunacaq.
Far.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, altıgünlük tədris həftəsi ilə fəaliyyət göstərən məktəblərdə dərslər 26, 27 və 29 mart tarixlərində davam edəcək.
Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə tədris 1 apreldən başlayacaq.