AZ

Özəl Silivridən bəyan etdi: “Ərdoğan üçün yeni bir sürpriz olacaq”

Özgür Özəl və İmamoğlu arasında Silivridə ilk görüş olub.

KONKRET.az xəbər verir ki, CHP sədri Özgür Özəl İmamoğlu ilə görüşmək üçün Silivri həbsxanasına gedib.

Özəl, “Bu bayramda millətimizlə birlikdə CHP-nin üzvləri ilə bayramlaşacağıq. Bayram Rəcəb Tayyib Ərdoğan üçün yeni bir sürpriz olacaq. Dayanmırıq, təəccübləndirməyə davam edəcəyik” ifadəsini işlədib.

“Mən içəridə dimdik duran, alınları açıq, özləri, ailələri, iş yoldaşları ilə fəxr edən və qorxmayan üç aslanla görüşdüm”, – deyə Özəl vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
37
konkret.az

1Mənbələr