“Barselona” karyerasının son dönəmində olan Robert Levandovskini əvəz edə biləcək hücumçu transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, kataloniyalıların hədəfi “Nyukasl”ın forvardı Aleksandr İsakdır.
“Sağsağanlar”ın İsak üçün 150-180 milyon avroluq təklif irəli sürüləcəyi bildirilir. “Blauqrana”nın maliyyə vəziyyəti yaxşılaşdığı üçün İsakı 2026-cı ilin yayında heyətinə qatmaq istəyir.
25 yaşlı isveçli futbolçu bu mövsüm 33 matçda meydana çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.