AZ

DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı

2026-cı ildə keçiriləcək Dünya Çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) daha bir komanda vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, Asiya zonasından təsnifat mərhələsinə qatılan İran yığması bir neçə dəqiqə öncə başa çatan Özbəkistanla oyunda planetin ən mötəbər futbol yarışına vəsiqəni rəsmiləşdirib.

Matç 2:2 hesabı ilə nəticələnib. Bununla da xalını 20-yə çatdıran İran komandası qrupda rəqibləri üçün əlçatmaz olub.

Seçilən
9
operativmedia.az

1Mənbələr