AZ

Arda Gülər “Real”dan ayrılacağı haqda şayiələri cavabladı

“Real”ın 20 yaşlı türk sağ cinah hücumçusu Arda Gülər oyun müddətinin azlığı səbəbilə “Real”dan ayrılacağı haqda şayiələri cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, türk futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Biz mövsümün sonuna qədər üç qənimət uğrunda mübarizə aparmağa hazırıq, bu isə nəfəskəsən olacaq. “Real” həmişə hər görüşdə və hər bir qənimət uğrunda qələbə üçün mübarizə aparır. Şəxsən mənim yeganə istəyim – hər oyunda çıxış etmək və komandama qənimətləri qazanmağa kömək etməkdir.

Gələcəyim haqda söz-söhbət? “Real” mənə plan verib, mən isə indiyə qədər buna inanıram. Əminəm ki, klubda uğura müvəffəq olacağam, mən Madriddə hətta ev də almışam. Mən çox çalışıram və həmişə oynamağa hazıram. “Real”ın azarkeşlərini sevirəm, onların dəstəyi mənim üçün çox dəyərlidir, onlara çox minnətdaram. Mən kluba, oynamaq və komandanın vacib hissəsi olmaq üçün gəlmişəm. Buna nail olmamamış, mübarizədən əl götürməyəcəyəm”, deyə Gülər mübariz ruhda vurğulayıb.

Arda Gülər “Gənclərbirliyi”nin məzunudur. Türk yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbağça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü ilin iyul ayında “Fənərbağça”dan 20 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 30 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Türk futbolçunun “kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 43 oyun, 9 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 19 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku, UEFA Çempionalar Liqası, UEFA Super Kuboku və FIFA Qitələrarası Kubok var.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr