"Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Gülər "Kral klubu"ndakı perspektivlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, türkiyəli futbolçu Madrid komandasında mütləq uğur qazanacağına inandığını bildirib.
"Mən bu böyük klubda uğur qazanacam".
Xatırladaq ki, bundan əvvəl mətbuatda Arda Gülərin “Real Madrid”də keçirdiyi oyun müddətindən narazı olması ilə bağlı xəbərlər yayılmışdı. Türkün "Los Blancos"la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Arda Gülər "Real Madrid"in heyətində İspaniya çempionatında 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.