İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər öldürlüb. AzPost xəbər verir ki, bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.
İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.
Mənbə: Qafqazinfo
Əlavə olaraq oxu:
İsrailli jurnalist Gideon Levy Qəzzada 2 milyondan çox insanın başına gətirilən 15 aydır dağıntılar, kütləvi qətllər və soyqırımlara baxmayaraq İsrailin məqsədlərinə çata bilmədiklərini ifadə edərək, Qəzzaya hücumların yenidən başlaması təkcə cinayət deyil, həm də əxlaqsızlıqdır deyib.
Levi İsrail hökumətinə, 15 ayda 50 minə yaxın qurbanla uğur qazana bilmədinizsə, daha 15 ayda daha 50 min qurbanı öldürməklə uğur qazanacağınızımı düşünürsüz?- sualını ünvanlayıb.
İsrailin heç bir planının olmadığını qeyd edən Levi: “Netanyahu hökumətini saxlamaq üçün yüzlərlə fələstinli öldürülür”-deyə, bildirib.
“Netanyahu çox yaxşı bilir ki, daha 10 il mübarizə aparsa belə, məqsədlərə çatmayacaq. Bu, yalnız hökumətini qoruyub saxlamaqla bağlıdır. Bir neçə günə büdcəni parlamentdə qəbul etməlidir. Bunun üçün ona səs çoxluğu lazımdır. Çünki, büdcə təsdiq olunmasa, onun hökuməti yıxılacaq. Bu səbəbdən o, Ben-Qviri geri qaytarmalı oldu. Ben-Qviri geri qaytarmaq üçün də müharibəni yeniləməli oldu”-deyə, jurnalist əlavə edib.