“ABŞ-ın yeni administrasiyası depressiv iqtisadi vəziyyəti düzəltmək üçün son dərəcə radikal addımlar ata bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı ekspert, iqtisad elmləri namizədi Andrey Barxota bildirib.
Ekspertin fikrincə, ABŞ dollarının bir hissəsi qəfildən qeyri-qanuni elan ediləcək.
“Ölkə rəhbərliyi inflyasiya, büdcə kəsiri və nəhəng dövlət borcu kimi çox ciddi problemlərlə üzləşən öz iqtisadiyyatında vəziyyəti yaxşılaşdırmağa cəhd edə bilər.
Sonuncu halda, əsas təhlükə ondan ibarətdir ki, çox yaxın gələcəkdə ABŞ hakimiyyəti öz xəzinəsinin aslan payını onun saxlanmasına sərf etməyə başlaya bilər. Bu da bütün dövləti sosial öhdəliklərdən imtina etməklə tam hüquqlu defoltla təhdid edəcək. Bu baxımdan, Amerika isteblişmenti mövcud vəziyyətdən çox qeyri-ənənəvi çıxış yolları axtarmalı olacaq və xaricdə yerləşən bütün dollarların ABŞ-da dövriyyəsinə qadağa qoyulması belə alətlərdən birinə çevrilə bilər. Həmin anda əllərində nağd dollar olanlar istər-istəməz alıcılıq qabiliyyətinin kəskin azalması ilə üzləşəcəklər”,- deyə iqtisadçı vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta