Bakı. Trend:
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının PrezidentiMəhəmməd Şahabuddinə təbrik məktubu göndərib.
Trend xəbərverir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi vəbütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdəntəbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə vəəməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyətveririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləribunun üçün yaxşı imkanlar yaratmışdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraqdövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızınpotensialının reallaşdırılması istiqamətində birgə səylərimizibundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazanbayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimitəbriklərimi və xoş arzularımı çatdırıram".