AZ

AB müharibəyə hazırlaşır: Əhali 3 günlük qida toplamalıdır...

Avropa Komissiyası təklif edir ki, AB ölkələrinin sakinləri qida, su, dərmanlar və akkumulyator ehtiyatı toplamalıdır. Bu, insanların böhran zamanı 72 saat təkbaşına yaşaya bilməsi üçün lazımdır.

Axar.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüssel Avropadakı hər bir ailənin fəlakət baş verəcəyi təqdirdə üç gün kənardan köməksiz yaşamaq üçün lazım olan hər şeyə sahib olmasını istəyir.

Bu gün təqdim olunacaq sənəddə AB ölkələri üçün tövsiyələr yer alıb. Bunlar insanları müxtəlif təhlükələrə: daşqınlara, qasırğalara, kiberhücumlara, epidemiyalara və hətta müharibələrə hazırlamaqla bağlıdır.

Seçilən
34
3
axar.az

5Mənbələr