AZ

Arda Gülər ''Real''dakı gələcəyi haqda nə dedi?

''Real'' və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər oynamasından və oynamamasından asılı olmayaraq hər zaman gündəmdədi.

''Football-plus.az'' xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Madrid nəhəngində heyətə düşməkdə çətinlik çəksə də, yığmanın son matçında əla oyun sərgiləyərək qol da vurdu.

İspaniyanın ''Marka'' nəşri Macarıstanla oyunun ardından Arda ilə söhbətləşməyə müvəffəq olub. İstedadlı futbolçu bir çox şayiələrə baxmayaraq Madriddən ayrılmağa hazırlaşmadığını bildirib:
''Xoş sözləriniz üçün təşəkkür edirəm. Budapeştdə qalib gəlmək və Millətlər Liqasında A Liqasına yüksəlmək bizim üçün çox önəmli idi. Ona görə də hər birimiz çox sevincliyik. Bəli, artıq ''Real''ın düşərgəsinə qayıdıram. Bu mövsümü 3 titulla bitirə bilərik və bunların hər biri uğrunda sona qədər mübarizə aparacağıq. ''Real'' hər zaman hər oyunda və hər turnirdə qalib gəlməyə can atır. Şəxsi hədəfim isə daha çox oynamaq və komandaya daha çox fayda verməkdi. ''Real'' məni transfer edərkən bir layihə təqdim etdi və mən hələ də buna güvənirəm. Bu klubda uğur qazanacağıma əminəm. Madriddə hətta özümə ev də almışam. Məşqlərdə üzərimdə çox çalışıram və Macaristana qarşı oyundan da göründüyü kimi hər zaman oynamağa hazıram. ''Real'' fanatlarını sevirəm. Onların dəstəyi mənim üçün çox önəmlidi. Hər birinə minnətdaram. ''Real''a oynamaq və bu komandanın önəmli bir parçası olmaq üçün gəlmişəm. Bunu bacarmaq üçün sona qədər mübarizə aparacam''.
Seçilən
24
football-plus.az

1Mənbələr