AZ

“Türk serialları rus qadınlarını pozur”

Hərəkatın rəhbəri İldar Rezyapov bildirib ki, türk seriallarına baxan rus qadınlarının kişi obrazı haqqında təsəvvürləri dəyişir. Onlar kişilərdən qeyri-adi davranışlar gözləməyə başlayırlar. Bu isə sağlam qadın-kişi münasibətlərinin yaranmasını çətinləşdirir və ölkədə demoqrafik problemlərə gətirib çıxarır.

Paralel olaraq, yerli seriallarda rus kişisinin tam əks - əyyaş, uğursuz, əzazil, ailənin yükünü qadının çiyinlərinə yükləyən mənfi obrazı yaradılır. Həmin filmlərdən belə çıxır ki, rus qadını əcnəbi kişi ilə rastlaşmasa, xoşbəxt ola bilməyəcək.

“Baş verənlər Rusiyada ailə institutunu dağıdan, əhalinin artımını azaldan mədəni müdaxilədir. Qanunvericilikdə “dağıdıcı təbliğat” anlayışını təsbit etmək və hansı kino məhsullarının bu anlayışın ehtivasına düşdüyünü dəqiq göstərmək lazımdır”,- Rezyapov deyib. O bildirib ki bu xahişlə Dövlət Dumasına, Mədəniyyət Nazirliyinə və nəzarət komitəsinə (“Roskomnadzor) müraciət ediblər.

Statistikaya görə, Rusiyada türk seriallarının populyarlığı ildən-ilə artır. Hazırda ən məşhur serialların ilk üçlüyünə “Kapımı çal”, “Kızılcık şerbeti” və “Kan çiçekleri” daxildir.

Samir Quliyev
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr