Almaniyanın “Bayern” komandasının aparıcı futbolçuları – Alfonso Deyvis və Dayo Uamekano uzun müddətə sıradan çıxıblar.
Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçunun ölkəsinin milli komandasının düşərgəsində zədə aldığı diqqətə çatdırılıb.
Alfonso Deyvis Kanada yığmasının ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. Kanada millisinin üzvünün çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirilib. Bu səbəbdən 24 yaşlı yarımmüdafiəçi cari mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Upamekanonun isə sol diz oynağında zədə aşkarlanıb. O da Fransa millisinin heyətində olarkən sıradan çıxıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.
Xatırladaq ki, Alfonso cari mövsümdə “Bayern”in heyətində meydana çıxdığı 31 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Upamekano isə 33 oyunda 2 qolla yadda qalıb.
