“Mən sənətkar olub evimdə acından ölmək istəmirəm”.
Bu sözləri müğənni Kərim Abbasov “Tarixin bir günü” verilişində deyib.
O, sənəti olan, amma efirlərə çıxmayan bəzi xalq artistlərinin evində “acından öldüyünü” bildirib:
“Mən sənətkar olub evimdə acından ölmək istəmirəm. Yaxşı yaşamaq, əla dolanmaq istəyirəm. Amma bu gün elə əməkdar, xalq artistləri var, evində acından ölürlər. Kim məndən inciyir-incisin, deyəcəyəm, mən elə sənətkar olmaq istəmirəm. Oturublar evdə, tələbatlı müğənnilərə ilişirlər, onlara söz atırlar”.
O, həmin sənətkarlara səslənib:
“Əgər sənin sənətin varsa, amma sənə tələbat yoxdursa, səni efirlərə çağırmırlarsa, bu, sənin problemindir. Problem xasiyyətində, seçdiyin mahnılardadır”.//Yenicag.az