Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına görə, ötən il dövlətin qeyri-dövlət qurumlarına ümumi dövlət borcu 63,9 milyard avro artıb. Marja.az xəbər verir ki, borc 2023-cü ilin sonu ilə müqayisədə 2,6 faiz artaraq 2 trilyon 509 milyard avroya çatıb.
Bu dövrdə federal dövlət borcu 36,5 milyard avro, əyalətlərin borcu isə 12,7 milyard (2,1 faiz) artaraq 606,9 milyard avroya çatıb.
Destatis-in yaydığı açıqlamada, Covid-19 pandemiyası zamanı şirkətlərə kömək etmək üçün qurulan İqtisadi Sabitləşdirmə Fondunun (WSF) borcunun 40,2 faiz azalaraq 22,1 milyard avroya düşdüyünü bildiririb.
"Almaniya Silahlı Qüvvələrinin Xüsusi Fondunun (Bundesver) borcu həmin dövrdə 295,6 faiz (17,2 milyard avro) artaraq 23 milyard avroya yüksəlib", - məlumatda deyilir.
Hökumət Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya ordusu üçün şəxsi heyət, texnika və infrastrukturda “əhəmiyyətli təkmilləşdirmə” ehtiyacını ödəmək üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb.