Dünyanın ən böyük qida istehsalçılarından biri olan “Nestle” şirkəti Almaniyadakı iki fabriki üçün bağlanma və satış qərarı verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu addımı maya dəyəri ilə bağlı xərclərin artması və qida məhsulları istehsal edən şirkətlərin sayının artması ilə əlaqələndirib.
“Nestle”nin açıqlamasına görə, Düsseldorf yaxınlığında yerləşən fabriki 2026-cı ilin ortalarınadək mərhələli şəkildə bağlayacaq. Almaniyada yerləşən daha bir müəssisə isə 2025-ci ilin əvvəlində satılacaq.
Fidan Hacızadə